Ultra-uzun Mercedes-Benz S-Class sedanı Ştutqartda çəkiblər
Yeniliklər / Bazar günü, 5 Yanvar, 2014 / 2771 Baxılıb


Auto Motor und Sport nəşri Mercedes-Benz S-Class sedanın ultra-uzun modifikasiyasının test prototipini göstərən videoyazını dərc edib. Ştutqart küçələrində gözə dəyən avtomobil ilin sonuna kimi S600 Maybach adı ilə təqdim ediləcək.

Modelin təkər bazası 200 millimetr uzadılıb. Bu o deməkdir ki, yeni avtomobilin ümumi uzunluğu 5,5 metrə çatacaq (indiki uzun baza S-Class 5246 millimetrdir). Buna baxmayaraq avtomobil dörd kürsülü olaraq qalacaq və 2+2 tərtib formulunu saxlayacaq.

Xaricdən S600 Maybach arxa qapıdan sonra yerləşdirilmiş yan şüşələmənin üçüncü seksiyasına görə tanımaq olar. Modelin kapotunun altında 585 at gücü hasil edən 5,5-litrlik V12 yerləşəcək.

Dərgiyə bu məlumatı verən mənbə əlavə edib ki, yeni modelin premyerası bu ilin noyabrında Çinin Quançjou şəhərində keçiriləcək avtosalon çərçivəsində keçiriləcək.

5,5 metrlik S600 Maybach -dan sonra Mercedes-Benz şirkəti Pullman adlı S-Class-ın daha uzun variantını təqdim edəcək.

http://www.youtube.com/watch?v=OZ83brGKtMI




Oxşar xəbərlər
Yeni xəbrlər