Yeni nəsil Hyundai i10 siti-kar xeyli dəyişdi
Azərbaycanda / Cümə axşamı, 29 Avgust, 2013 / 3655 Baxılıb

Hyundai şirkəti artıq sentyabrın 10-da öz qapılarını mətbuatın üzünə açmağa hazırlaşan Frankfurt motor-şousunda kompakt hetçbek i10-un yeni nəslini rəsmən tanıtmaq niyyətindədir. Tədbir ərəfəsində isə modelin şəkilləri və qısa informasiya İnternetə yerləşdirilib.

İkinci nəsil Hyundai i10-nun dizaynı Almaniyanın Rüsselshaym Dizayn və Texnologiya Araşdırmaları Mərkəzində hazırlanıb. Avtomobilin istehsalına isə sentyabrda Türkiyənin İzmit şəhərindəki zavodda start veriləcəck. Qeyd edək ki, Hyundai i20 hetçbeki də burada yığılır.

Hyundai i10-nun növbəti nəsli tamamilə yeni platformada qurulub. Ölçülərinə gəlincə, avtomobil sələflərindən bir qədər böyükdür. Bununla kompakt avtomobil daha yuxarı sinfə iddialı olduğunu nümayiş etdirir. Yeni 5-qapılı modelin uzunluğu 80, eni 65 mm artdığı halda, 50 mm daha alçaq olub.

Xeyli genişlənən baqajın tutumu isə 252 litrə çatıb.

Yeni Hyundai i10-nun Hindistan bazarı üçün olan versiyası Avropada satılacaq modeldən daha sadədir. Avropalı “ay-on”un motor qamması hələ açıqlanmayıb və yəqin ki, bu informasiya Frankfurt motor-şousuna qədər də məxfi qalacaq. Koreyalılar yeni hetçbək Hyundai i10-nun təsvirləri ilə bərabər Hindistanda Grand i10 adı ilə satışa çıxacaq versiyanın da şəkillərini yayıblar. Bu avtomobil iki mühərrik seçimi ilə - 1.1 dizel və 1.2 benzin – təqdim olunacaq.

Yeni i10 sentyabrın 10-da satışa buraxılacaq. Avtomobilin qiyməti hələlik məlum deyil. Ancaq yeni modelin əvvəlkilərə nisbətən daha baha olacağı gözlənilir.   

Oxşar xəbərlər
Yeni xəbrlər